ABŞ prezidentinin müşaviri İsrailin baş naziri ilə görüşəcək

ABŞ prezidentinin müşaviri İsrailin baş naziri ilə görüşəcək İyunun 23-də ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla İsrailin baş naziri Binyamin Netanyahu arasında görüş keçiriləcək.
Digər ölkələr
20 İyun , 2019 20:47
ABŞ prezidentinin müşaviri İsrailin baş naziri ilə görüşəcək

İyunun 23-də ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla İsrailin baş naziri Binyamin Netanyahu arasında görüş keçiriləcək.

“Report” AFR-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli Təhlükəsizlik Şurasının sözçüsü Qarret Markis məlumat verib.

"İsrail və Rusiya rəsmilərilə regional təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Təl-Əvivə səfərə yollanacaq Ağ Ev rəsmisi adıçəkilən ölkələdən olan həmkarları - Meir Ben-Şabbat və Nikolay Patruşevlə, habelə İsrailin Atom Enerjisi Komissiyasının baş direktoru Zeyev Snir ilə danışıqlar aparacaq", - Q.Markis bildirib.

Bu barədə açıqlamanın İran tərəfindən ABŞ-a məxsus pilotsuz uçan aparatın vurulmasından bir neçə saat sonra verildiyi qeyd olunur. Həmin hadisə Vaşinqton tərəfindən təhriksiz hücum deyə səciyyələndirilib. Tehran dron tərəfindən hava sərhədinin pozulduğunu bildirsə də, Ağ Ev hadisənin beynəlxalq hava sahəsində meydana gəldiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi