​ABŞ prezidenti: "Yaponiyadan üzr istəməyəcəyəm"

​ABŞ prezidenti: "Yaponiyadan üzr istəməyəcəyəm" Barak Obama: "Bütün liderlər müharibə zamanı çətin qərarlar qəbul etməyə məcburdurlar"
Digər ölkələr
26 May , 2016 17:52
​ABŞ prezidenti: Yaponiyadan üzr istəməyəcəyəm

Bakı. 26 may. REPORT.AZ/ "Xeyr, müharibə zamanı hər cür qərar qəbul edilə bilər. Bütün liderlər müharibə zamanı çətin qərarlar qəbul etməyə məcburdurlar".

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama "Xirosimaya atılan atom bombası ilə bağlı üzr istəyəcəkmisiniz?" sualını cavablandırarkən deyib.

Xatırladaq ki, ABŞ prezidenti 1915-ci ildə Osmanlı imperiyasında baş verənlərlə bağlı aprelin 24-də ənənəvi çıxışında həmin günü "böyük fəlakət" adlandırıb.

Qeyd edək ki, ABŞ 1945-ci il avqustun 6 və 9-da Yaponiyanın Xirosima və Naqasaki adalarına atom bombası atıb. Xirosimada bombardmanın qurbanlarının sayının 90 mindən 166 min nəfərədək, Naqasakidə isə 60 mindən 80 minədək olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi