ABŞ prezidenti Venesuelaya qarşı hərbi əməliyyata cəhd etmədiyini bildirib

ABŞ prezidenti Venesuelaya qarşı hərbi əməliyyata cəhd etmədiyini bildirib ABŞ prezidenti Donald Tramp bildirib ki, Venesuela ərazisində hərbi əməliyyat keçirmək istəməzdi.
Digər ölkələr
3 May , 2019 04:21
ABŞ prezidenti Venesuelaya qarşı hərbi əməliyyata cəhd etmədiyini bildirib

ABŞ prezidenti Donald Tramp bildirib ki, Venesuela ərazisində hərbi əməliyyat keçirmək istəməzdi.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Amerika administrasiyasının başçısı "Fox News" telekanalına müsahibəsində bildirib.

Telekanalın aparıcısı prezidentdən ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi ilə bağlı qərarın verilməsində dönüş anının olub-ola bilməyəcəyini soruşub. "Dönüş anı (hücumla bağlı – red) ehtimalı həmişə var. Amma, təbii, mən bunu etmək istəməzdim. Mən sadəcə, insanlara kömək etmək istəyirəm. Bu insanlar ölürlər, onların heç nəyi yoxdur", - Tramp bildirib.

Ağ Evin başçısı vurğulayıb ki, ABŞ-ın Venesuela böhranının nizama salınması ilə bağlı bir çox, o cümlədən çox sərt variantları var.

Daha əvvəl Donald Tramp Venesueladakı münaqişənin nizamlanması üzrə vəziyyətlə bağlı gələn həftə, bəlkə də daha tez "çox şey olacağ"ına dair vəd verib.

Son xəbərlər

Orphus sistemi