Yuxarı

ABŞ prezidenti Suriyaya zərbə endirilməsi barədə göstəriş verib

ABŞ prezidenti Suriyaya zərbə endirilməsi barədə göstəriş verib
Birləşmiş Ştatlar Fransa və Britaniya ilə birgə cümə günü Suriyaya qarşı hərbi əməliyyatlara başlayıb

Bakı. 14 aprel. REPORT.AZ/ Birləşmiş Ştatlar Fransa və Böyük Britaniya ilə birgə cümə günü Suriyaya qarşı hərbi əməliyyatlara başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ evdən çıxışı zamanı deyib.

"Mən Birləşmiş Ştatların Silahlı Qüvvələrinə Suriya diktatoru Bəşər Əsədin potensial kimyəvi silahları ilə əlaqəli obyektlərə yüksək dəqiqlikli zərbələr endirilməsi barədə göstəriş vermişəm. Hazırda Fransa və Birləşmiş Krallıq qüvvələri ilə birgə əməliyyat aparırlar", - deyə o bildirib.

Tramp əlavə edib ki, ABŞ Rusiya və İran ilə münasibətlərin yaxşılaşdırılmasına ümid edir, lakin bu baş verməyə də bilər. O qeyd edib ki, ABŞ heç bir halda qeyri-müəyyən müddətə qədər Suriyada hərbi iştiraka nail olmağa çalışmır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi