ABŞ prezidenti Şimon Peresin dəfnində iştirak edəcək

ABŞ prezidenti Şimon Peresin dəfnində iştirak edəcək Dəfn mərasimində ​Obama ilə yanaşı dövlət katibi Con Kerri də iştirak edəcək
Digər ölkələr
28 Sentyabr , 2016 22:14
ABŞ prezidenti Şimon Peresin dəfnində iştirak edəcək

Bakı. 28 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama İsrailin eks-prezidenti Şimon Peresin dəfnində iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə "Reuters" Obamanın mətbuat katibi Coş Ernestə istinadən xəbər yayıb.

"Obamanın dəfndə iştirakı mümkündür" - deyə Ernest bildirib. Obama ilə yanaşı, Şimon Pereslə vida mərasiminə ABŞ dövlət katibi Con Kerri və eks-prezident Bill Klinton da qatılacaq.

Qeyd edək ki, İsrailin keçmiş dövlət başçısı, 93 yaşlı Nobel mükafatı laureatı Şimon Peres çərşənbə günü gecə saatlarında insultdan vəfat edib. 

Son xəbərlər

Orphus sistemi