ABŞ prezidenti Qətəri tarixən terrorizmi maliyyələşdirən dövlət adlandırıb

ABŞ prezidenti Qətəri tarixən terrorizmi maliyyələşdirən dövlət adlandırıb "Biz terrorizmi maliyyələşdirməyə son qoymalıyıq"
Digər ölkələr
9 İyun , 2017 23:13
ABŞ prezidenti Qətəri tarixən terrorizmi maliyyələşdirən dövlət adlandırıb
RİA Novosti

Bakı. 9 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp cümə günü Qətəri terrorçuluğu maliyyələşdirməkdə ittiham edib və buna son qoymağın vaxtı çatdığını bildirib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu o, Rumıniya prezidenti Verner Yohannis ilə görüşünün yekununda keçirilən mətbuat konfransında bildirib.

"Qətər, təəssüf ki, tarixən çox yüksək səviyyədə terrorizmin sponsoru olub", - deyə Tramp söyləyib.

"Biz terrorizmin maliyyələşdirilməsinə son qoymalıyıq. Mən dövlət katibi Reks Tillerson və bizim görkəmli generallar ilə birgə qərara gəldim ki, Qətəri maliyyələşdirməni dayandırmağa çağırmağın vaxtı çatıb, onlar ekstremist idealogiyanın maliyyələşdirilməsini dayandırmalıdırlar", - deyə ABŞ prezidenti qeyd edib.

Son xəbərlər

Orphus sistemi