ABŞ prezidenti mayın 26-28-də Yaponiyaya səfər edəcək

ABŞ prezidenti mayın 26-28-də Yaponiyaya səfər edəcək ABŞ prezidenti Donald Tramp 26-28 may tarixlərində Yaponiyaya dövlət səfəri edəcək.
Digər ölkələr
19 Aprel , 2019 05:53
ABŞ prezidenti mayın 26-28-də Yaponiyaya səfər edəcək

ABŞ prezidenti Donald Tramp 26-28 may tarixlərində Yaponiyaya dövlət səfəri edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Yaponiya hökuməti məlumat yayıb.

Söhbət dövlət səviyyəsində səfərdən getdiyindən, Tramp imperator ailəsinin qonağı olacaq. O, yeni imperator Naruxito ilə görüşəcək ilk xarici lider olacaq.

Amerika prezidenti səfər zamanı Yaponiyanın baş naziri Sindzo Abe ilə danışıqlar aparacaq.

Son xəbərlər

Orphus sistemi