ABŞ prezidenti irqçiliyi pisləyən qətnamə imzalayıb

ABŞ prezidenti irqçiliyi pisləyən qətnamə imzalayıb Sənəd ağ irqin üstünlüyü tərəfdarlarının hərəkətləri rədd edir
Digər ölkələr
15 Sentyabr , 2017 07:48
ABŞ prezidenti irqçiliyi pisləyən qətnamə imzalayıb
Foto: Global Look Press

Bakı. 15 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp irqçiliyi pisləyən qanun imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Ağ evin yaydığı bəyanatda deyilir.

O, bu ilin avqustunda Virciniya ştatının Şarlottsvill şəhərində baş verən hadisələrdən sonra zorakılıq nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, zərər çəkənlərə dəstəyini bildirib.

Sənəd, ağ irqdən olan neonasistlər, ağ irqin üstünlüyü tərəfdarları, ku-kluks-klan, neonasist və nifrət oyadan digər qruplaşmaların hərəkətlərini rədd edir.

Qanunda həmçinin deyilir ki, prezident və hökumət üzvləri həmin qruplaşmalar tərəfindən təhlükənin aradan qaldırılması üçün bütün mümkün resurslardan istifadə etməlidir.

Son xəbərlər

Orphus sistemi