ABŞ prezidenti: “İvanka gələcəkdə Ağ evdə işləyə bilər”

ABŞ prezidenti: “İvanka gələcəkdə Ağ evdə işləyə bilər” “O, müəyyən məziyyətləri ilə başqa cür adamdır”
Digər ölkələr
26 Yanvar , 2017 09:32
ABŞ prezidenti: “İvanka gələcəkdə Ağ evdə işləyə bilər”

Bakı. 26 yanvar. REPORT.AZ/ “İvanka gələcəkdə Ağ evdə işləyə bilər”.

“Report” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “ABC” telekanalına müsahibəsində bildirib.

“O, Vaşinqtona köçüb. Həyat yoldaşı Cared (Kuşner) çox ağıllı oğlandır. O, Ağ evdə işləyir. Gözləyək, görək necə olacaq”, - deyə, Donald Tramp bildirib.

ABŞ prezidentinin sözlərinə görə, qızı İvanka müəyyən məziyyətləri ilə başqa cür adamdır: “Mən indi heç nəyi istisna etmirəm”. 

Son xəbərlər

Orphus sistemi