ABŞ prezidenti Fələstin muxtariyyətinin lideri ilə danışıqlar aparacaq

ABŞ prezidenti Fələstin muxtariyyətinin lideri ilə danışıqlar aparacaq Tramp Yaxın Şərq probleminin həllində maraqlı olduğunu bildirib
Digər ölkələr
10 Mart , 2017 05:42
ABŞ prezidenti Fələstin muxtariyyətinin lideri ilə danışıqlar aparacaq

Bakı. 10 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Fələstin Milli Muxtariyyətinin lideri Mahmud Abbas ilə telefon danışığı həyata keçirəcək.

"Report" xəbər verir ki, bu barədə Ağ Evin məlumatında bildirilir.

Tramp bunadək Yaxın Şərq probleminin həllində maraqlı olduğunu söyləyib. O, Vaşinqtonda İsrailin baş naziri Binyamin Netanyahu ilə danışıqlarda münaqişənin BMT qətnamələrində nəzərdə tutulduğu kimi iki – yəhudi və ərəb dövlətinin yaradılması deyil, yalnız bir dövlətin təşəkkül tapması yolu ilə də həll oluna biləcəyini mümkün hesab edib.

Son xəbərlər

Orphus sistemi