Tramp: "Kim Çen Inla növbəti görüşü səbirsizliklə gözləyirəm"

Tramp: "Kim Çen Inla növbəti görüşü səbirsizliklə gözləyirəm" Bakı. 25 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, rəsmi Pxenyanla danışıqların gedişatında tərəqqi mövcuddur.
Digər ölkələr
25 Dekabr , 2018 05:18
Tramp: Kim Çen Inla növbəti görüşü səbirsizliklə gözləyirəm

Bakı. 25 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, rəsmi Pxenyanla danışıqların gedişatında tərəqqi mövcuddur.

"Report" TASS-a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün "Twitter" hesabında yazıb.

O, qeyd edib ki, KXDR lideri Kim Çen Inla görüşü səbirsizliklə gözləyir.

"Tərəqqi var. Sədr (KXDR-in Dövlət Şurasının sədri - red) Kim Çen Inla növbəti sammiti səbirsizliklə gözləyirəm", - deyə o, Ağ Evdə KXDR-lə bağlı brifinqin fotosunu da özünün səhifəsinə yerləşdirib.

Daha əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo KNSS radiostansiyasına müsahibəsində bildirib ki, Birləşmiş Ştatlar Donald Trampla Kim Çen Inla ikinci görüşünün 2019-cu ilin əvvəllərində keçiriləcəyinə ümid edir. 

Son xəbərlər

Orphus sistemi