Bakı. 10 aprel. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama əsas prioritetini açıqlayıb.
"Report"un məlumatına görə, Obama "Fox News"-a müsahibəsində İŞİD terror qruplaşmasıyla mübarizənin bu gün onun əsas prioriteti olduğunu bildirib.
ABŞ prezidenti qeyd edib ki, bu mübarizə Amerika dəyərlərinə zidd olmamalı, vahimə yaratmamalı, insanları bir-birindən ayırmamalıdır.
"Mənim bir nömrəli işim amerikalıları qorumaqdır. Bir nömrəli prioritetim İŞİD-ə qalib gəlməkdir" - deyə Ağ Ev rəhbəri əlavə edib.
O, qeyd edib ki, terror hücumlarında məqsəd insanları vahiməyə salmaq, onları qorxutmaq və cəmiyyəti dəyişməkdir.