ABŞ polisi təhlükəli ermənini güllələyib

ABŞ polisi təhlükəli ermənini güllələyib Bakı. 1 mart. REPORT.AZ/ ABŞ-ın Los-Anceles şəhərinin polisi onlara təhlükə törədən ermənini güllələyib.
Digər ölkələr
1 Mart , 2018 03:38
ABŞ polisi təhlükəli ermənini güllələyib

Bakı. 1 mart. REPORT.AZ/ ABŞ-ın Los-Anceles şəhərinin polisi onlara təhlükə törədən ermənini güllələyib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Los-Ancelesin polis rəisi Çali Beka məlumat yayıb.

Onun sözlərinə görə, öldürülən şəxs Panorama-Sitinin 22 yaşlı sakini, intihara meylli Orbel Nazaryandır. Həmin şəxs polisə zəng edərək tapançasının və bıçağının olduğunu xəbər verib. Əraziyə gələn asayiş keşikçiləri Nazaryanın əlində yarım metrlik kəsici alətin olduğunu görüblər. Bundan əlavə, erməni polisə tabe olmaqdan imtina edib və onlara təhlükə törədib. 

Asayiş keşikçiləri bu hadisəni tamamilə lentə alıblar.

Təhqiqat aparılır.

Son xəbərlər

Orphus sistemi