ABŞ orta və yaxın mənzilli raketlərlə bağlı Rusiyaya vaxt verib

ABŞ orta və yaxın mənzilli raketlərlə bağlı Rusiyaya vaxt verib Bakı. 5 dekabr. REPORT.AZ/ Rusiya 60 gün ərzində Orta və Yaxın Mənzilli Raketlərin ləğv edilməsi üzrə Müqavilənin (OYMRM) şərtlərinə əməl etməsə, ABŞ onun icrasını dayandıracaq.
Digər ölkələr
5 Dekabr , 2018 02:45
ABŞ orta və yaxın mənzilli raketlərlə bağlı Rusiyaya vaxt verib

Bakı. 5 dekabr. REPORT.AZ/ Rusiya 60 gün ərzində Orta və Yaxın Mənzilli Raketlərin ləğv edilməsi üzrə Müqavilənin (OYMRM) şərtlərinə əməl etməsə, ABŞ onun icrasını dayandıracaq.

“Report” xəbər verir ki, bunu Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo deyib.

"Əgər Rusiya 60 gün ərzində OYMRM-in şərtlərinə qayıtmasa, ABŞ müqavilə üzrə öhdəliklərin icrasını dayandıracaq... Biz ABŞ-ın bu qərarının NATO tərəfindən dəstəklənməsini yüksək qiymətləndiririk", - deyə o bildirib.

Pompeo həmçinin əlavə edib ki, göstərilən dövr ərzində ABŞ bu sinfli raket sistemlərini hazırlamayacaq, istehsal etməyək və yerləşdirməyəcək.

Rəsmi Moskvanın Vaşinqtonun bu şərti ilə bağlı qərarı da özünü çox gözlətməyib.

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Mayk Pompeonun sözlərini şərh edərək bildirib ki, Rusiya müqavilənin müddəalarına şərtsiz əməl edir və bu, Amerika tərəfinə məlumdur.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskvanın ABŞ-ın yaxın və orta mənzilli raketlərin ləğv edilməsinə dair razılaşmadan çıxmasına tez və səmərəli cavab verəcəyini bildirmişdi.

Son xəbərlər

Orphus sistemi