​ABŞ ordusu ilk dəfə İraq hərbçiləri ilə birlikdə "İŞİD"ə qarşı quruda əməliyyat keçirir

​ABŞ ordusu ilk dəfə İraq hərbçiləri ilə birlikdə "İŞİD"ə qarşı quruda əməliyyat keçirir Əməliyyat nəticəsində çoxlu sayda "İŞİD"çi həlak olub
Digər ölkələr
17 Dekabr , 2014 13:33
​ABŞ ordusu ilk dəfə İraq hərbçiləri ilə birlikdə İŞİDə qarşı quruda əməliyyat keçirir

Bakı. 17 dekabr. REPORT.AZ/ ABŞ İraqda "İŞİD"in nəzarəti altında olan Ənbar vilayətinin Eyn əl-Əsəd rayonunu geri almaq üçün İraq ordusu ilə birlikdə ilk dəfə qurudan əməliyyatlara başlayıb.

"Report" xəbər verir ki, bu barədə "Basnews" məlumat yayıb.

Əməliyyatı koalision gücləri havadan zərbələrlə dəstəkləyir.

Məlumatda bildirilib ki, əməliyyat nəticəsində çoxlu sayda "İŞİD"çi həlak olub.

Xatırladaq ki, ötən ay ABŞ Anbarda 50 min yerli əsgərə təlim keçməyi planlaşdırdığını bildirmişdi.

Son xəbərlər

Orphus sistemi