Yuxarı

ABŞ ordu arsenalına yeni "yer-hava" raketləri daxil edir

Raketlərin təchizatı 2019-cu ilin əvvəlinə planlaşdırılır
© DefPost

Bakı. 28 iyun. REPORT.AZ/ Tezliklə ABŞ ordusunun arsenalına "Lockheed Martin" şirkəti tərəfindən hazırlanan "Joint Air-to-Ground Missile" (JAGM) "yer-hava" sinfinə aid ən yeni raketlər daxil ediləcək.

Bu barədə "Reprot" RBK-ya istinadən xəbər verir.

Qeyd olunur ki, 2631 raket ordunun arsenalına əlavə ediləcək, onlar "Lockheed Martin"in istehsalı olan, 1982-ci ildən etibarən istehsal olunan və köhnəlmiş "AGM-114 Hellfire"ləri əvəz edəcək.

Raketlərin təchizatı 2019-cu ilin əvvəlinə planlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi