ABŞ Müdafiə Nazirliyi “F-35”lərin uçuşlarını dayandırıb

ABŞ Müdafiə Nazirliyi “F-35”lərin uçuşlarını dayandırıb Bakı. 11 oktyabr. REPORT.AZ/ ABŞ Müdafiə Nazirliyi “F-35” tipli beşinci nəsil qırıcı təyyarələrinin bütün uçuşlarını dayandırıb.
Digər ölkələr
11 Oktyabr , 2018 20:05
ABŞ Müdafiə Nazirliyi “F-35”lərin uçuşlarını dayandırıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ ABŞ Müdafiə Nazirliyi “F-35” tipli beşinci nəsil qırıcı təyyarələrinin bütün uçuşlarını dayandırıb.

“Report” “Military Times” portalına istinadən xəbər verir ki, mütəxəssislər həmin təyyarələrin yanacaq sistemində nasazlıq ola biləcəyini düşünürlər. Ona görə də istər ABŞ, istərsə də başqa ölkələrin ordularındakı “F-35” təyyarələri yoxlanılacaq. Bunun üçün 24 saatdan 48 saatadək vaxt sərf olunacağı gözlənilir.

Qeyd edək ki, “F-35” təyyarələrinin yoxlanılması barədə qərar sentyabrın 28-də Cənubi Karolinada dəniz piyadaları korpusuna məxsus “F-35-M” təyyarəsinin qəzaya uğramasından sonra verilmişdi. Həmin qəzada pilot təyyarədən paraşütlə atılaraq sağ qalmışdı.

Son xəbərlər

Orphus sistemi