Yuxarı

ABŞ Maduronun yaxın ətrafına qarşı viza məhdudiyyəti tətbiq edib

​ABŞ Maduronun yaxın ətrafına qarşı viza məhdudiyyəti tətbiq edib

Bakı. 2 mart. REPORT.AZ/ ABŞ Venesuela prezidenti Nikolas Maduroya yaxın olan onlarla məmur və onların ailə üzvlərinə qarşı viza məhdudiyyəti tətbiq edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Elliot Abrams deyib.

"ABŞ Venesuelada demokratiyanın pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı yeni viza məhdudiyyətləri tətbiq edib. Biz bu siyasəti Maduro ilə bağlı bir sıra şəxslər və onların ailə üzvlərinə qarşı aparırıq", - deyə Abrams brifinqdə bildirib.

O, məhdudiyyətin "onlarla insan"a aid olduğunu söyləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi