ABŞ Maduronun Venesueladakı prezident seçkilərində qələbəsini qeyri-qanuni sayır

ABŞ Maduronun Venesueladakı prezident seçkilərində qələbəsini qeyri-qanuni sayır Bakı. 22 may. REPORT.AZ/ ABŞ Venesuelada keçirilmiş prezident seçkilərini saxta, onun nəticələrini isə qeyri-qanuni hesab edir.
Digər ölkələr
22 May , 2018 08:33
ABŞ Maduronun Venesueladakı prezident seçkilərində qələbəsini qeyri-qanuni sayır

Bakı. 22 may. REPORT.AZ/ ABŞ Venesuelada keçirilmiş prezident seçkilərini saxta, onun nəticələrini isə qeyri-qanuni hesab edir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu bazar ertəsi ölkənin vitse-prezidenti Mayk Pens deyib.

"Venesuelada seçkilər saxta, ədalətsiz və azad olmayan şəkildə keçirilib. Bu saxta seçkilərin nəticələri qeyri-qanunidir və Venesuelada demokratiya ənənələrini daha da məhv edir", - deyə vitse-prezidentin Ağ ev tərəfindən yayılan bəyanatında bildirilir.

Venesuelada prezident seçkiləri nəticəsində hazırkı ölkə lideri Nikolas Maduro 5,8 milyon səslə (təqribən 68%) qalib gəlib.

Son xəbərlər

Orphus sistemi