​ABŞ-la Cənubi Koreyanın 20 minə yaxın hərbçisinin birgə təlimi başlayıb

​ABŞ-la Cənubi Koreyanın 20 minə yaxın hərbçisinin birgə təlimi başlayıb ABŞ bölgəyə "Michael Murphy" raket daşıyan hərbi gəmi və "MH-60 Seahawk" tipli hərbi vertolyot göndərib
Digər ölkələr
27 Fevral , 2015 13:41
​ABŞ-la Cənubi Koreyanın 20 minə yaxın hərbçisinin birgə təlimi başlayıb

Bakı. 27 fevral. REPORT.AZ/ Cənubi Koreya ilə ABŞ Koreya yarımadasında "Key Resolve" ("Vacib qərar") kod adı altında birgə irimiqyaslı hərbi təlimə başlayıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu haqda Cənubi Koreya Hərbi Dəniz Qüvvələri Baş Qərargahından bildirilib.

Bu gün hər iki ölkənin silahlı qüvələri iki dənizdə (Yapon və Sarı dənizlərində) birgə təlim keçirir.

Hərbi manverdə 10 min cənubi koreyalı, 8,6 min isə amerikalı hərbçi iştirak edir.

ABŞ Hərbi Dəniz Qüvvələri baş qərargahından bildirilib ki, Birləşmiş Ştatlar bölgəyə "Michael Murphy" hərbi gəmisini və "MH-60 Seahawk" tipli hərbi vertolyotunu göndərib.

Bu hər il "Foal Eagle" adı altında keçiriləcək Cənubi Koreya-ABŞ təlimlərinə hazırlıq sayılır. "Foal Eagle" martın 2-də başlayacaq, aprelin 24-də isə başa çatacaq. Həmin təlimlərdə isə 200 min Cənubi Koreya, 3,7 min ABŞ hərbçisi iştirak edəcək. 

Son xəbərlər

Orphus sistemi