ABŞ BMT Təhlükəsizlik Şurasına KXDR-dən ixracın ixtisarı ilə bağlı qətnamə hazırlayıb

ABŞ BMT Təhlükəsizlik Şurasına KXDR-dən ixracın ixtisarı ilə bağlı qətnamə hazırlayıb Qətnamə BMT üzvü olan ölkələrə KXDR-dən bəzi məhsulları almağı qadağan edir
Digər ölkələr
4 Avqust , 2017 23:59
ABŞ BMT Təhlükəsizlik Şurasına KXDR-dən ixracın ixtisarı ilə bağlı qətnamə hazırlayıb
Courtesy İmage

Bakı. 4 avqust. REPORT.AZ/ ABŞ BMT-nin Təhlükəsizlik Şurası üçün Koreya Xalq Demokratik Respublikasının (KXDR) gəlirinin ixtisarına yönəldilmiş qətnamə hazırlayıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" Təhlükəsizlik Şurasının nümayəndəsinə istinadən məlumat yayıb.

Qətnamə üzv ölkələrə Koreya Xalq Demokratik Respublikasından dəmiri, qurğuşunu, filizləri, kömürü və dəniz məhsullarını almağı qadağan edir. Agentliyin müsahibi həmçinin bildirib ki, o, Rusiya və Çinin razılaşmanı dəstəkləyəcəyinə əmindir.

Daha əvvəl bildirilib ki, ABŞ Dövlət Departamenti bütün amerikalıları sentyabrın 1-ə qədər Koreya Xalq Demokratik Respublikasını tərk etməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi