ABŞ Kubaya qarşı bir sıra sanksiyaları ləğv edib

ABŞ Kubaya qarşı bir sıra sanksiyaları ləğv edib ABŞ və Kuba arasında ticarət, ixrac lisenziyalarının verilməsi ilə bağlı olan məhdudiyyətləri aradan qaldırıb
Digər ölkələr
30 May , 2015 04:09
ABŞ Kubaya qarşı bir sıra sanksiyaları ləğv edib

Bakı. 30 May. REPORT.AZ/ Kubanın beynəlxalq terrorizmi maliyyələşdirən ölkələr siyahısından çıxarılmasından sonra ABŞ adaya qarşı bir sıra siyasi və iqtisadi sanksiyaları ləğv edib.

"Report" TASS-a istinadən xəbər verir ki, Dövlət Departamentinin nümayəndəsi Ceff Ratke qeyd edib ki, Kubanın həmin siyahıdan çıxarılması avtomatik olaraq bir sıra maliyyə tranzaksiyaları, vətəndaşların səfərləri, ABŞ və Kuba arasında ticarət, ixrac lisenziyalarının verilməsi ilə bağlı olan məhdudiyyətləri aradan qaldırıb.

Buna baxmayaraq, Kubaya qarşı tətbiq edilmiş bir çox sanksiyalar hələ də qüvvədə qalır. Bu da həmin qadağaların digər qanunlarla qəbul edilməsi ilə əlaqədardır.

Son xəbərlər

Orphus sistemi