Yuxarı

ABŞ Kuba, Venesuela və Nikaraquaya qarşı yeni sanksiyalar tətbiq edib

​ABŞ Kuba, Venesuela və Nikaraquaya qarşı yeni sanksiyalar tətbiq edib

Amerika administrasiyası Nikaraqua prezidenti Daniel Orteqanın oğlu Laureano Orteqa, həmçinin yerli "Bancorp" bankına (Banco Corporativo SA) qarşı sanksiya tətbiq edir.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton çərşənbə günü Mayamidə "Fox News" televiziyası ilə yayımlanan verilişdə deyib.

"Elan etməyə şadam ki, Birləşmiş Ştatlar bu gün "Bancorp"a, [Nikaraqua prezidenti Daniel] Orteqanın "qara xəzinəsi"nə qarşı sanksiyalar tətbiq edəcək. Bu gün biz həmçinin rejimin varisi olan və böyük korrupsiya sxemlərinə cəlb olunan Laureano Orteqaya qarşı sanksiyaları elan edirik", - deyə Bolton bildirib.

ABŞ prezidentinin köməkçisi həmçinin qeyd edib ki, Vaşinqton Venesuela Milli Bankına qarşı sanksiyalar, həmçinin Kubada qohumları olmayan amerikalıların oraya səfər etmələrinə məhdudiyyət tətbiq edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi