Yuxarı

ABŞ Konqresinə Türkiyə əleyhinə sanksiyalar qətnaməsi təqdim edilib

​ABŞ Konqresinə Türkiyə əleyhinə qətnamə daxil edilib

ABŞ-ın demokratlardan və respublikaçılardan ibarət konqresmenlər qrupu Türkiyənin Rusiyadan C-400 zentik-raket sistemi alacağı təqdirdə bu ölkə əleyhinə "Amerikanın rəqiblərinə sanksiyalar vasitəsilə əks təsir haqqında" qanun çərçivəsində "sanksiyaların tam tətbiqi", həmçinin Türkiyənin F-35 beşinci nəsil qırıcı-bombardmançısının yaradılması proqramından çıxarılması çağırışlı qətnaməni baxılması üçün Nümayəndələr Palatasının bir neçə komitəsinin müzakirəsinə təqdim edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının Xarici İşlər üzrə Komitəsinin mətbuat xidməti bildirib.

"Türkiyə bizim çoxdankı müttəfiqimizdir, amma onlar açıq seçim qarşısındadırlar. Əgər Ankara Rusiyadan zenit-raket sistemləri alsa, onda ABŞ dərhal Türkiyəyə qarşı sanksiyalar tətbiq etməli və ölkənin F-35 proqramından çıxarmalıdır.

Bizim iki partiyadan olan Konqres üzvləri tərəfindən daxil edilmiş qətnaməmizə ABŞ-ın Konqresinin aydın bəyanatı kimi baxılmalıdır - Türkiyə Rusiyanın və ya NATO üzrə müttəfiqlərinin partnyoru olmaq kimi seçim etməlidir. Ümid edirəm ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan düzgün seçimi edəcək. Bizim gələcək ittifaqımız bundan asılıdır", - deyə qətnamənin həmmüəlliflərindən biri, Nümayəndələr Palatasının Xarici işləri üzrə Komitəsinin Texas ştatından olan respublikaçı üzvü Maykl Makkol bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi