ABŞ Konqresi Colan təpələrinin İsrail tərəfindən ilhaqının tanınmasına baxacaq

ABŞ Konqresi Colan təpələrinin İsrail tərəfindən ilhaqının tanınmasına baxacaq Bakı. 18 may. REPORT.AZ/ ABŞ Konqresi Colan təpələrinin İsrail tərəfindən ilhaqının tanınması məsələsinə baxacaq.
Digər ölkələr
18 May , 2018 19:55
ABŞ Konqresi Colan təpələrinin İsrail tərəfindən ilhaqının tanınmasına baxacaq

Bakı. 18 may. REPORT.AZ/ ABŞ Konqresi Colan təpələrinin İsrail tərəfindən ilhaqının tanınması məsələsinə baxacaq.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, məsələ ilə bağlı qətnamə layihəsi Konqresin Xarici işlər üzrə komitəsinə təqdim olunub.

Sənədi Florida ştatından olan respublikaçı konqresmen Ron De Santis hazırlayıb. Layihədə bildirilib ki, İsraili Suriyadan ayıran Colan təpələrinin əhəmiyyətinin artmasından bəhs edilərək onun İranın əlinə keçməsinə imkan verilməməsi vurğulanıb. Sənəddə Colan yüksəkliklərinin İsrailin müdafiə qabiliyyəti üçün həyati əhəmiyyəti də vurğulanıb.

Suriya 1967-ci ildə altıgünlük müharibə zamanı Kinereti gölü yaxınlığındakı yaşayış məntəqəsini və Tverii rayonunu Colan təpələrindən atəşə tutduğu üçün İsrail tərəfindən işğal edilib. 1981-ci ildə İsrail parlamenti Colan təpələrinin ilhaqı haqqında qanun qəbul edib.  

Son xəbərlər

Orphus sistemi