ABŞ komandanı: “ABŞ - Şimali Koreya liderlərinin görüşü təxirə salınıb”

ABŞ komandanı: “ABŞ - Şimali Koreya liderlərinin görüşü təxirə salınıb” Şimali Koreyanın Xarici İşlər Nazirliyi isə rəsmi Pxenyanın ABŞ-la danışıqlara istənilən vaxt hazır olduğunu bildirib
Digər ölkələr
25 May , 2018 14:49
ABŞ komandanı: “ABŞ - Şimali Koreya liderlərinin görüşü təxirə salınıb”
0 : 00
0 : 00

Bakı. 25 may. REPORT.AZ/ “ABŞ Prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen İn arasında görüş ləğv edilməyib, təxirə salınıb”.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu ABŞ-ın Cənubi Koreyadakı hərbi qüvvələrinin komandanı, general Vinset Bruks bildirib.

“Bu görüşlə bağlı narahat deyiləm. Çünki imkanlar hələ itirilməyib. Bu görüş, sadəcə olaraq, bir müddət sonrayadək təxirə salınıb”, - general mayın 25-də Seulda çıxışı zamanı vurğulayıb.

Qeyd edək ki, mayın 24-də ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə görüşü təxirə saldığını bildirib. Şimali Koreyanın Xarici İşlər Nazirliyi isə rəsmi Pxenyanın ABŞ-la danışıqlara istənilən vaxt hazır olduğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi