​ABŞ kollecində 10 nəfər qətlə yetirilib - VİDEO

​ABŞ kollecində 10 nəfər qətlə yetirilib - VİDEO Hadisə nəticəsində daha 20 nəfər yaralanıb
Digər ölkələr
2 Oktyabr , 2015 00:29
​ABŞ kollecində 10 nəfər qətlə yetirilib - VİDEO

Bakı. 2 oktyabr. REPORT.AZ/ ABŞ-ın Oreqon ştatının "Oregon’s Umpqua Community College" tədris müəssisəsində naməlum şəxs atəş açaraq ən azı 10 nəfəri qətlə yetirib.

"Report" xəbər verir ki, silahlı insident nəticəsində daha 20 nəfər yaralanıb.

"Q13fox" telekanalının məlumatına görə, naməlum şəxs atəşi birbaşa siniflərdən birində açıb. Onun zərərsizləşdirildiyi bildirilir.

Hadisənin səbəbləri və ölənlərin dəqiq sayı müəyyənləşdirilir. Hazırda tələbələr kollec binasından bayıra buraxılmır.

Son xəbərlər

Orphus sistemi