Bakı. 26 iyun. REPORT.AZ/ ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert bildirib ki, Birləşmiş Ştatlar Avropa İttifaqı (Aİ) və Kanadanın Myanmaya qarşı sanksiyalarını möhkəm dəstəkləyir.
“Report” xəbər verir ki, onun bəyanatı Dövlət Departamentinin saytına yerləşdirilib.
Noyertin sözlərinə görə, Kanada və Amerikanın Aİ üzrə tərəfdaşları bu həftə Myanmada "vəhşiliyə görə məsuliyyət prinsipini təşviq etmək" üzrə addım atıblar.
"Biz bu hərəkətləri möhkəm şəkildə dəstəkləyirik", — deyə o bildirib.
Departament rəsmisi əlavə edib ki, ABŞ Myanma silahlı qüvvələri rəhbərliyinə viza verməyi dayandırıb, həmçinin BMT-nin bu ölkədə araşdırmaların aparılması üzrə missiyasının mandatını dəstəkləyib.
"ABŞ bütün hökumətimizin Arakan ştatındakı böhranın humanitar və insan hüquqları aspektlərinə reaksiyasını hazırlayır və bunu davam etdirəcək", - deyə o söyləyib.
Aİ apreldə Myanmaya silah tədarükünə qoyulan embarqonun müddətini bir il uzadıb.