Yuxarı

ABŞ-ın zərbə qrupu Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlara başlayıb

ABŞ-ın zərbə qrupu Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlara başlayıb
Bombardımançı qırıcılar eskadrilyası artıq Suriya üzərində bir neçə uçuş edib.

Bakı. 4 may. REPORT.AZ/ ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) "Harri Trumen" aviadaşıyıcısının başçılıq etdiyi zərbə qrupu Suriyada İŞİD terror qruplaşmasına qarşı hava əməliyyatlarına başlayıb.

“Report” xəbər verir ki, bu barədə Amerika HDQ-nin bəyanatında deyilir.

"Harri Trumen" aviadaşıyıcı zərbə qrupu mayın 3-də "Sarsılmaz qətiyyət" əməliyyatlarına dəstək göstərmək məqsədi ilə hava əməliyyatları həyata keçirməyə başlayıb", — deyə sənəddə bildirilir.

HDQ-dən qeyd olunub ki, bombardımançı qırıcılar eskadrilyası artıq Suriya üzərində bir neçə uçuş edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi