Bakı. 16 yanvar. REPORT.AZ/ Donald Tramp ABŞ prezidenti vəzifəsinə keçdikdən sonra da "Twitter"dəki hesabından istifadəni davam etdirəcək.
"Report" xəbər verir ki, o bunu "The Times" və "Bild" qəzetlərinə müsahibəsində deyib.
"Düşünürəm ki, @RealDonaldTrump-ı saxlayacağam", - deyə Tramp "Twitter"də hansı ad altında yazmağı davam etdirəcəyinə dair suala cavab verərkən bildirib.
"Hazırda mənim "Facebook", "Twitter" və "Instagram" daxil olmaqla 46 milyon abunəçim var – bu olduqca çoxdur", - deyə o əlavə edib.
"Mətbuat mənim haqqımda olduqca ədalətsiz yazır, mən bu barədə fikrimi "Twitter"də yazıram", - deyə Tramp bildirib. Tramp bu işdə ona kömək edən "bir-iki nəfər"in olduğunu bildirib.
"Mən sadəcə nəsə deyirəm, onlar da mətni yazırlar", - deyə o qeyd edib.
Donald Trampın andiçmə mərasimi yanvarın 20-də olacaq.