Pentaqonun yeni rəhbəri Mark Esper olacaq.
"Report" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Twitter"dəki səhifəsində bildirib.
O, qeyd edib ki, ABŞ-ın quru qoşunlarının naziri Mark Esper Pentaqonun başçısı vəzifəsini icra edəcək.
"Mən Markı tanıyıram və onun işinin öhdəsindən əla gələcəyinə şübhə etmirəm!" - deyə ABŞ prezidenti yazıb.