Federiko Moqerini ABŞ-ın yeni dövlət katibi ilə görüşüb

Federiko Moqerini ABŞ-ın yeni dövlət katibi ilə görüşüb Görüş bağlı qapılar arxasında keçirilib
Digər ölkələr
10 Fevral , 2017 00:40
Federiko Moqerini ABŞ-ın yeni dövlət katibi ilə görüşüb

Bakı. 10 fevral. REPORT.AZ/ ABŞ-ın yeni dövlət katibi Reks Tillerson Avropa diplomatiyasının rəhbəri Federiko Moqerini ilə ilk görüşünü keçirib.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamentinin məlumatında bildirilir.

Protokol çəkilişləri zamanı Moqerini "ABŞ və Avropa İttifaqı münasibətlərində nəsə dəyişəcəkmi?" sualına "Biz birlikdə əla işləməyi davam etdirəcəyik", - deyə cavab verib.

Görüş bağlı qapılar arxasında keçirilib. Ardınca Moqerini öz "Twitter" səhifəsində görüş haqqında bunları yazıb:

"Görüş yaxşı keçdi. Biz Suriya, Ukrayna və bir çox digər məsələlər üzrə ABŞ-Aİ əməkdaşlığını davam etdirəcəyik".

Son xəbərlər

Orphus sistemi