​ABŞ-ın vizaların verilməsi sistemində problem yaranıb

​ABŞ-ın vizaların verilməsi sistemində problem yaranıb "Biz mümkün qədər tez bir zamanda problemi aradan qaldırmağa çalışırıq"
Digər ölkələr
13 İyun , 2015 07:48
​ABŞ-ın vizaların verilməsi sistemində problem yaranıb

Bakı. 13 İyun. REPORT.AZ/ ABŞ-ın bütün səfirliklərində texniki problemlər səbəbindən viza və xarici pasportların verilməsi müvəqqəti olaraq dayandırılıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı press-relizdə bildirilir.

"Bu problem konkret olaraq hər hansı bir ölkəni, vətəndaşlıq haqqında sənəd və ya viza kateqoriyasını əhatə etmir", — deyə məlumatda qeyd olunur.

İdarədən bildirilib ki, insidentə konsulluqların məlumat bazasını özündə saxlayan avadanlığın işləməməsi səbəb olub.

Böyük ehtimal ki, iyunun 9-dan sonra ABŞ səfirliyinə sənəd vermiş vətəndaşlar onların rəsmiləşdirilməsi ilə bağlı gecikmə ilə üzləşəcəklər.

"Biz mümkün qədər tez bir zamanda problemi aradan qaldırmağa çalışırıq və güman edirik ki, sistem tezliklə tam olaraq işləyəcək", — deyə məlumatda qeyd olunur.

Son xəbərlər

Orphus sistemi