Yuxarı

ABŞ-ın vitse-prezidentinin İsrailə səfəri təxirə salınıb

ABŞ-ın vitse-prezidentinin İsrailə səfəri təxirə salınıb
Səfərin təxirə salınması ABŞ Prezidenti Donlad Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması haqqında qərarı ilə bağlıdır
© REUTERS / JONATHAN ERNST

Bakı. 14 dekabr. REPORT.AZ/ ABŞ-ın vitse-prezidenti Maykl Pensin İsrailə səfəri təxirə salınıb.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, o, Yaxın Şərq münaqişəsinin tənzimlənməsi məsələsində yaranmış böhrandan çıxış yollarını müzakirə etmək üçün bölgəyə səfər etməyi planlaşdırırdı.  

Məlumata görə, səfərin təxirə salınması ABŞ Prezidenti Donlad Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması haqqında qərarı ilə bağlıdır. 

İsrail tərəfi isə M.Pensin səfərinin dekabrın 20-də reallaşacağına ümid edir. 

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın vitse-prezidentinin dekabrın 18-də İsrail parlamentində çıxış edəcəyi barədə məlumat yayılmışdı. 

Xatırladaq ki, dekabrın 6-da ABŞ Prezidenti Donlad Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyıb və ölkəsinin səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə qərar verib. 

Buna cavab olaraq İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı kimi tanıyıb. Bununla bağlı qərar İƏT-in İstanbulda keçirilən fövqəladə zirvə toplantısında qəbul edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi