ABŞ-ın Ukrayna üzrə sabiq xüsusi nümayəndəsi Konqresdəki dinləmələrdə ifadəsini təsdiqləyib

ABŞ-ın Ukrayna üzrə sabiq xüsusi nümayəndəsi Konqresdəki dinləmələrdə ifadəsini təsdiqləyib ABŞ-ın Ukrayna üzrə sabiq xüsusi nümayəndəsi Kurt Volker ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat üzrə xüsusi komitəsində keçirilən dinləmələrdə ifadə verib və Demokratların ABŞ Prezidenti Donald Trampa qarşı əsas ittihamını rədd edərək rəsmi Kiyevdən xidmət qarşılığında xidmət tələblərinin olmadığını bildirib.
Digər ölkələr
20 Noyabr , 2019 10:55
ABŞ-ın Ukrayna üzrə sabiq xüsusi nümayəndəsi Konqresdəki dinləmələrdə ifadəsini təsdiqləyib

ABŞ-ın Ukrayna üzrə sabiq xüsusi nümayəndəsi Kurt Volker ABŞ Konqresinin Nümayəndələr Palatasının kəşfiyyat üzrə xüsusi komitəsində keçirilən dinləmələrdə ifadə verib və Demokratların ABŞ Prezidenti Donald Trampa qarşı əsas ittihamını rədd edərək rəsmi Kiyevdən "xidmət qarşılığında xidmət" tələblərinin olmadığını bildirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Stefani Qrişemin açıqlamasında deyilir.

"Bu gün üçün ikinci dindirilmə də başa çatdı və demokratların bu saxta impiçment prosesində əsas ittihamı tamamilə aradan götürüldü", - o deyib.

"Volker and içərək "xidmət qarşılığında xidmət" və ya buna bənzər bir şey görmədiyini söylədi. O, bununla da qapalı dinləmələrdə əvvəlki ifadələrini təsdiqləyib", - mətbuat katibi əlavə edib.

Xatırladaq ki, ABŞ-da Prezident Donald Trampla Ukrayna dövlət başçısı Vladimir Zelenski arasında bu ilin iyul ayında baş tutmuş telefon söhbət ətrafında böyük qalmaqal yaranıb. Bu söhbətin məzmunu son nəticədə ABŞ administrasiyasının rəhbərinə qarşı impiçment prosedurunun başladılmasına səbəb olub. Amerika liderinin siyasi əleyhdarlarının fikrincə, D.Tramp V.Zelenskini rəsmi Kiyevə maliyyə və hərbi yardım göstərmək qarşılığında ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Baydenin oğlunun Ukraynadakı fəaliyyəti ilə əlaqədar istintaq başlatmağa inandırmağa çalışıb.

Son xəbərlər

Orphus sistemi