ABŞ-ın Texas ştatında atışma zamanı 5 nəfər ölüb, daha 21 nəfər yaralanıb - VİDEO - FOTO - YENİLƏNİB

ABŞ-ın Texas ştatında atışma zamanı 5 nəfər ölüb, daha 21 nəfər yaralanıb - VİDEO - FOTO - YENİLƏNİB ABŞ-ın Texas ştatında atışma zamanı ölənlərin və yaralananların sayı artıb.
Digər ölkələr
1 Sentyabr , 2019 03:15
ABŞ-ın Texas ştatında atışma zamanı 5 nəfər ölüb, daha 21 nəfər yaralanıb - VİDEO - FOTO - YENİLƏNİB

ABŞ-ın Texas ştatında atışma zamanı ölənlərin və yaralananların sayı artıb.

"Report" xəbər verir ki, bu barədə "Fox 4" telekanalı bildirib. 

Telekanalın məlumatına görə, silahlı insident zamanı ölənlərin sayı 5 nəfərə çatıb. Polisdən faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə zamanı 5 nəfər həlak olub, daha 21 nəfər yaralanıb

Daha əvvəl "The New York Times" Midlend şəhərininmeri Cerri Moralesə istinadən xəbər verib ki, hadisə zamanı 2 nəfər həlak olub, daha 20 nəfər yaralanıb.
Midlend dairəsinin polisi özünün "Facebook" səhifəsində iki nəfərin qonşu şəhər Odesadakı "Home Depot" mağazasında insanlara atəş açdığını bilirib. 

"İki nəfər ölüb, iyirmiyə qədər adam yaralanıb", - deyə Morales bildirib. O, cinayətkarların 3 nəfər olduqlarını istisna etməyib. 

CBS telekanalı isə hadisə zamanı təxminən 30 nəfərin xəsarət aldığını bildirib. 


***02:07

ABŞ-da atışma olub.

Bu barədə "Report" CBS7-yə istinadən xəbər verir.

Bildirilir ki, hadisə Texas ştatının OdessA şəhərində baş verib. İki silahlı şəxs ətrafdakılara atəş açıb. CBS7-nin məlumatına görə, hadisə zamanı 20 nəfər xəsarət alıb.

"The New York Times" Midlend şəhərinin meri Cerri Moralesə istinadən xəbər verib ki, hadisə zamanı 2 nəfər həlak olub, daha 20 nəfər yaralanıb. 

Digər mətbu orqanlar da bildiriblər ki, insident nəticəsində bir neçə nəfər xəsarət alıb. Hadisəni törədənlər qaçaraq gizləniblər.

Son xəbərlər

Orphus sistemi