ABŞ-ın Somaliyə endirdiyi hava zərbəsi nəticəsində "Aş-Şabab"ın bir neçə silahlısı məhv edilib

ABŞ-ın Somaliyə endirdiyi hava zərbəsi nəticəsində "Aş-Şabab"ın bir neçə silahlısı məhv edilib Məhv edilən silahlıların sayı açıqlanmır
Digər ölkələr
9 Noyabr , 2017 23:57
ABŞ-ın Somaliyə endirdiyi hava zərbəsi nəticəsində Aş-Şababın bir neçə silahlısı məhv edilib

Bakı. 9 noyabr. REPORT.AZ/ ABŞ cümə axşamı Somaliyə endirdiyi hava zərbəsi ilə "Aş-Şabab" qruplaşmasının bir neçə silahlısını məhv edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Afrika komandanlığından məlumat verilib.  

Məlumatda bildirilir ki, hava zərbəsi noyabrın 9-da, yerli vaxtla saat 15:00-da paytaxt Moqadişodan 100 mil qərbdə, Bay Region ərazisində endirillib. Nəticədə bir neçə silahlı öldürülüb.

Məhv edilən silahlıların sayı açıqlanmır.

Son xəbərlər

Orphus sistemi