ABŞ-ın Şimali Karolina ştatında 250 yol qəzası baş verib

ABŞ-ın Şimali Karolina ştatında 250 yol qəzası baş verib İnsan ölümü faktı qeydə alınmayıb
Digər ölkələr
7 Yanvar , 2017 23:20
ABŞ-ın Şimali Karolina ştatında 250 yol qəzası baş verib

Bakı. 7 yanvar. REPORT.AZ/ ABŞ-da qeyri-əlverişli hava şəraiti yüzlərlə yol qəzasının baş verməsinə səbəb olub.

"Report" xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Məlumata görə, Şimali Karolina ştatında təkcə şənbə günü 250 yol nəqliyyat hadisəsi baş verib. Xəbərdə həmçinin bildirilir ki, yol polisi qəzalarda insan itkisi faktını qeydə almayıblar.

Qeyd edək ki, ştatın bir sıra ərazilərində qarın hündürlüyü 15 santimetrdən çoxdur. Meteoroloqlar sürücülərə yolların buz bağlaması və təhlükəli olması barədə xəbərdarlıq ediblər.

Son xəbərlər

Orphus sistemi