Yuxarı

ABŞ-ın Sərhəd Xidmətinin rəhbəri istefa verib

Morqanın bu vəzifəni könüllü və ya məcburi tərk etdiyi məlum deyil

Bakı. 26 yanvar. REPORT.AZ/ ABŞ-ın Sərhəd Xidmətinin rəisi Mark Morqan öz postunu tərk edib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Morqanın bu vəzifəni könüllü və ya məcburi tərk etdiyi məlum deyil.

Onun istefası ABŞ prezidenti Donald Trampın sərhəddə mühafizənin gücləndirilməsi, xüsusilə də, Meksika ilə sərhəddə divarın tikintisinə dair işlərin başlanması haqqında fərmanından bir həftə sonra baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi