ABŞ-ın sabiq prezidenti Corc Buş (ata) Texasda dəfn ediləcək

ABŞ-ın sabiq prezidenti Corc Buş (ata) Texasda dəfn ediləcək Bakı. 2 dekabr. REPORT.AZ/ ABŞ-ın 41-ci prezidenti Corc Buş (ata) Texasda, Kollec-Steyşen şəhər universitetinin onun adını daşıyan prezident kitabxanasının ərazisində dəfn ediləcək.
Digər ölkələr
2 Dekabr , 2018 07:47
ABŞ-ın sabiq prezidenti Corc Buş (ata) Texasda dəfn ediləcək

Bakı. 2 dekabr. REPORT.AZ/ ABŞ-ın 41-ci prezidenti Corc Buş (ata) Texasda, Kollec-Steyşen şəhər universitetinin onun adını daşıyan prezident kitabxanasının ərazisində dəfn ediləcək.

"Report" xəbər verir ki, bu barədə universitetin saytında məlumat verilib.

Qeyd edilir ki, sabiq dövlət başçısı ailə üzvlərinin – 7 ay əvvəl vəfat etmiş xanımı Barbaranın və 1953-cü ildə 3 yaşında dünyasını dəyişmiş qızı Robinin məzarlarının yanında torpağa tapşırılacaq. Universitetin tələbələri, müəllimləri və əməkdaşları matəm mərasimini izləyə biləcəklər. Lakin mərasim geniş ictimaiyyətə qapalı olacaq. Universitetin bütün binaları həmin gün bağlı olacaq.

ABŞ-ın keçmiş dövlət başçısı Corc Buş (ata) cümə günü Hyustonnda vəfat edib. Sabiq dövlət başçısı 95 yaşında dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi