ABŞ-ın sabiq müdafiə naziri vəfat edib

ABŞ-ın sabiq müdafiə naziri vəfat edib Melvin Leyrd 1969-1973-cü illərdə bu vəzifəni tutub
Digər ölkələr
17 Noyabr , 2016 04:25
ABŞ-ın sabiq müdafiə naziri vəfat edib

Bakı. 17 noyabr. REPORT.AZ/ ABŞ-ın sabiq müdafiə naziri Melvin Leyrd çərşənbə günü 94 yaşında dünyasını dəyişib. O, Pentaqon rəhbəri vəzifəsini prezident Riçard Niksonun (1969-1974) dövründə tutub.

"Report" xəbər verir ki, bu barədə "Milwaukee Journal Sentinel" nəşri yazıb.

Jurnal qeyd edir ki, Viskonsin ştatından olan sabiq konqresmen, Vyetnamda Amerika qoşunları kontingentinin azaldılmasında əsas fiqurlardan olan keçmiş müdafiə naziri Melvin Leyrd 94 yaşında dünyasını dəyişib.

Leyrd ABŞ-ın 10-cu müdafiə naziri olub və bu vəzifəni 1969-1973-cü illərdə tutub.

Son xəbərlər

Orphus sistemi