Yuxarı

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları qüvvəyə minib

​ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları qüvvəyə minib

Britaniyanın Solsberi şəhərində baş vermiş hadisəyə görə ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ikinci mərhələsi qüvvəyə minib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Bildirilir ki, rəsmi Vaşinqton sanksiyaların Rusiyanın kimyəvi və bioloji silahı tətbiq etməməklə bağlı zəmanəti verməməsi ilə əsaslandırıb.

Yeni sanksiyalar Rusiyanın dövlət borcu ilə əməliyyatı əhatə edir, həmçinin rəsmi Vaşinqtonun Moskvaya beynəlxalq maliyyə təşkilatlarında hər hansı borc almasına mane olacağını vəd edir.

Eyni zamanda Amerika banklarına Rusiya hökumətinə rublla kreditlər vermək qadağan edilir. Bu halda Birləşmiş Ştatlar diplomatik münasibətlərin səviyyəsini aşağı salmayıb və Rusiya aviaşirkətlərinin uçuşlarını qadağan etməyib.

Neftlə və neft məhsulları ilə ticarət də sanksiyalara salınmayıb. Bir neçə gün əvvəl ABŞ-ın Federal Reyestrinin elektron bazasında yerləşdirilən Dövlət Departamentinin müvafiq açıqlamasına görə sanksiyaların tətbiqi Ağ Ev və Dövlət Departamenti tərəfindən bu ayın əvvəlində elan olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi