ABŞ-ın Rusiya üzrə xüsusi prokuroru ilk ittihamları irəli sürüb

ABŞ-ın Rusiya üzrə xüsusi prokuroru ilk ittihamları irəli sürüb İttihamların təqdim edildiyi bəzi şəxslər həbs edilə bilərlər
Digər ölkələr
28 Oktyabr , 2017 08:17
ABŞ-ın Rusiya üzrə xüsusi prokuroru ilk ittihamları irəli sürüb

Bakı. 28 oktyabr. REPORT.AZ/ Vaşinqtonun Məhkəmə İclasçıları Federal Məhkəməsi ABŞ-ın "Rusiya müdaxiləsi" üzrə xüsusi prokuroru Robert Müller tərəfindən irəli sürülmüş birinci ittihamları təsdiq edib.

"Report" xəbər verir ki, bu haqda məlumatlı mənbələrə istinadən "CNN" bildirib.

Lakin telekanal detalları dəqiqləşdirmir və adları sadalamayır. Çünki sənədlər möhürlənib. Həmçinin ittihamların xarakteri naməlumdur.

Gözlənilir ki, bazar ertəsi, oktyabrın 30-da ittihamların təqdim edildiyi bəzi şəxslər həbs edilə bilərlər.

Müllerin nümayəndəsi şərh verməkdən imtina edib.

Son xəbərlər

Orphus sistemi