ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriya ordusuna atəş açıb

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriya ordusuna atəş açıb Bakı. 8 fevral. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı mübarizə üzrə beynəlxalq koalisiya qüvvələri Suriya ordusuna atəş açıb.
Digər ölkələr
8 Fevral , 2018 02:58
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriya ordusuna atəş açıb

Bakı. 8 fevral. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı mübarizə üzrə beynəlxalq koalisiya qüvvələri Suriya ordusuna atəş açıb.

"Report" xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

"Sarsılmaz qətiyyət" əməliyyatı qərargahının mətbuat xidmətindən bildirilib ki, bu, qarşı tərəfə cavab atəşi olub. Qeyd edilir ki, Suriyadakı kürd döyüşçülərinin olduğu qərargah qarşı tərəfdən atəşə tutulub. Koalisiya öz müttəfiqlərinin müdafiəsi üçün cavab atəşi açıb. 

Ölənlər və yaralananların olması barədə məlumat verilmir. 

Son xəbərlər

Orphus sistemi