ABŞ-ın Qudzon çayında bərə kayak qrupuna çırpılıb, xəsarət alanlar var

ABŞ-ın Qudzon çayında bərə kayak qrupuna çırpılıb, xəsarət alanlar var Hadisə Manhettenin qərb hissəsində baş verib
Digər ölkələr
31 Avqust , 2016 05:17
ABŞ-ın Qudzon çayında bərə kayak qrupuna çırpılıb, xəsarət alanlar var

Bakı. 31 avqust. REPORT.AZ/ Nyu-Yorkda Qudzon çayında bərənin kayak qrupuna çırpılması zamanl 11 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə "Accosiated Press" Nyu-Yorkun yerli dövlət orqanlarına istinadən xəbər yayıb.

Polisin məlumatına görə, hadisə Manhettenin qərb hissəsində baş verib. Polis nümayəndəsi bildirib ki, hadisə zamanı xəsarət almış bir zərərçəkənin vəziyyəti kritik qiymətləndirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır. 

Son xəbərlər

Orphus sistemi