ABŞ-ın qaz yatağında partlayış beş nəfərin həyatına son qoyub

ABŞ-ın qaz yatağında partlayış beş nəfərin həyatına son qoyub Hadisə bazar ertəsi baş verib, lakin xilasedicilər yanğın səbəbindən cəsədlərin axtarışlarına başlaya bilməyiblər
Digər ölkələr
24 Yanvar , 2018 02:51
ABŞ-ın qaz yatağında partlayış beş nəfərin həyatına son qoyub

Bakı. 24 yanvar. REPORT.AZ/ ABŞ-ın Oklahoma ştatında yerləşən qaz yatağında baş verən partlayış nəticəsində 5 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı yerli hüquq-mühafizə orqanları yayıb.

Ölənlərdən 3 nəfəri Oklahoma sakinidir, digər iki nəfər Texas və Koloradodan gəlmədir.

Hadisə bazar ertəsi baş verib, lakin xilasedicilər yanğın səbəbindən cəsədlərin axtarışlarına başlaya bilməyiblər.

Son xəbərlər

Orphus sistemi