ABŞ-ın Oregona ştatında silahlı insident, 3 yaralı

ABŞ-ın Oregona ştatında silahlı insident, 3 yaralı Portland şəhərində qeydə alınan atışma nəticəsində 3 gənc yaralanıb
Digər ölkələr
13 Dekabr , 2014 04:21
ABŞ-ın Oregona ştatında silahlı insident, 3 yaralı

Bakı. 13 dekabr. REPORT.AZ/ Ötən gün  ABŞ-ın Oregona ştatında  naməlum silahlı şəxs şagirdlərə atəş açıb.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Portland şəhərində qeydə alınan atışma nəticəsində 3 gənc yaralanıb.

Həkimlər onların vəziyyətini sabit ağır olaraq qiymətləndirir. Hadisə yerindən qaçmağa müvəffəq olan silahlı kişinin axtarışı davam etdirilir.

Qeyd etmək lazımdır ki, bu kimi qanlı hadisələr ABŞ-ın təhsil ocaqları üçün nadir hal hesab edilmir. Son olaraq 2013-cü ilin dekabr ayında Uinter-Garden şəhərində (Florida ştatı) silahlı bir şəxs məktəblilərə atəş açmışdı.

Son xəbərlər

Orphus sistemi