​ABŞ-ın müdafiə naziri İraqa səfər edib

​ABŞ-ın müdafiə naziri İraqa səfər edib Eşton Karterin səfəri ərəfəsində Ağ evin İraqa əlavə hərbi qüvvə göndərəcəyi ilə bağlı məlumat yayılıb
Digər ölkələr
18 Aprel , 2016 11:17
​ABŞ-ın müdafiə naziri İraqa səfər edib

Bakı. 18 aprel. REPORT.AZ/ ABŞ-ın müdafiə naziri Eşton Karter elan olunmadan İraqın paytaxtı Bağdada səfər edib.

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

Məlumata görə, o, İraqın baş naziri Heydər əl-İbadi, müdafiə naziri Xalid əl-Übeydi ilə görüşəcək.

İnformasiyaya əsasən, tərəflər arasında ABŞ-ın İraqa hərbi yardımı, terrorçu İŞİD qruplaşmasına qarşı əməliyyatlarda amerikalı əsgərlərin iştirakı məsələsi də müzakirə ediləcək.

Qeyd edək ki, Eşton Karterin səfəri ərəfəsində Ağ evin İraqa əlavə hərbi qüvvə göndərəcəyi ilə bağlı məlumat yayılıb. 

Son xəbərlər

Orphus sistemi