Yuxarı

ABŞ-ın Monteneqrodakı səfirliyinə qumbara atan şəxsin kimliyi müəyyənləşib

ABŞ-ın Monteneqrodakı səfirliyinə qumbara atan şəxsin kimliyi müəyyənləşib
Məlumata görə, Dalibor Yaukoviç Monteneqronun NATO-ya daxil olmasının əleyhinə olub
© Diplomacy.State.gov

Bakı. 22 fevral. REPORT.AZ/ Monteneqronun Podqoritsa şəhərində yerləşən ABŞ səfirliyinin həyətinə qumbaranı Yuqoslaviya ordusunun keçmiş üzvü, 43 yaşlı Dalibor Yaukoviç atıb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

D.Yaukoviçin "Facebook" səhifəsində onun Yuqoslaviyanın "müdafiə və təhlükəsizlik sahəsindəki xidmətlərinə görə" medalı ilə təltif edildiyi göstərilib. Təltif diplomunu dövlətin həmin vaxt prezidenti olmuş Slobodan Miloşeviç imzalayıb. Paylaşımlara əsasən, D.Yaukoviç Monteneqronun NATO-ya daxil olmasının əleyhinə olub.

Xatırladaq ki, dünən gecə D.Yaukoviç Podqoritsadakı ABŞ səfirliyinin həyətinə partlayıcı qurğu, ehtimal ki, qumbara atıb və sonra intihar edib. Hücumun motivləri müəyyənləşdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi