ABŞ-ın Milli Təhlükəsizlik Strategiyası: Rusiya və Çin bu ölkənin maraqlarına meydan oxuyur - ƏLAVƏ OLUNUB

ABŞ-ın Milli Təhlükəsizlik Strategiyası: Rusiya və Çin bu ölkənin maraqlarına meydan oxuyur - ƏLAVƏ OLUNUB "Çin və Rusiya ABŞ-nın təhlükəsizliyini və çiçəklənməsini zəiflədirlər"
Digər ölkələr
18 Dekabr , 2017 22:30
ABŞ-ın Milli Təhlükəsizlik Strategiyası: Rusiya və Çin bu ölkənin maraqlarına meydan oxuyur - ƏLAVƏ OLUNUB

Bakı. 18 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp ölkəsinin Milli Təhlükəsizlik strategiyasını təqdim edib. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, sənəddə Rusiya nüvə silahı ABŞ üçün "ən böyük təhdid" adlandırılıb. 

"Rusiya yeni hərbi gücünə, o cümlədən ABŞ üçün mövcud təhdid olan nüvə silahına sərmayələr qoyur", - deyə sənəddə bildirilir. Sənəddə həmçinin qeyd olunur ki, Rusiyanın ambisiyalarına görə, münaqişələrin yarana biləcəyi Avrasiyada qeyri-sabit vəziyyət yaranır.  

***

Rusiya və Çin ABŞ-ın maraqlarına və nüfuzuna meydan oxuyur.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Strategiyasının yeni mətnində deyilir.

Strategiyanın yeni mətni Ağ Ev tərəfindən elan edilib.

"Çin və Rusiya ABŞ-ın qüdrəti, nüfuzu və maraqlarına meydan oxuyurlar. ABŞ-ın təhlükəsizliyini və çiçəklənməsini zəiflədirlər".



Son xəbərlər

Orphus sistemi